• İqtisadiyyat • Gündəm

“Hər bir marşrut xətt üzrə 10-dan çox avtobus istismara veriləcək”

286
5-11-2019, 13:09

Abşeron rayonunun Novxanı və Saray qəsəbələrindən Bakı və Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində hərəkət edən avtobuslardan kifayət qədər şikayətlər daxil olub.

BAKU.NEWS xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə monitorinq aparılıb və növbəti ildən etibarən bu istiqamət üzrə yeni marşrut xətlərinin açılacağı gözlənilir.

“Hər bir marşrut xətt üzrə 10-dan çox avtobus istismara veriləcək”, - deyə N. Allahyarova qeyd edib.

FACEBOOK ŞƏRH YAZ