• İqtisadiyyat • Maliyyə • Gündəm

"Amrahbank" zərərlə işləyir

218
5-11-2019, 09:48

"Amrahbank" ASC bu ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını açıqlayıb.

Ötən ilin müvafiq dövrünü 10 282 min manat zərərlə başa vuran bank, cari ilin yanvar-sentyabr aylarına 8 196 min manatlıq zərərlə yekun vurub.

Hesabat dövründə "Amrahbank"ın cəmi aktivləri 195 319 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% azdır.

Hesabat dövründə bankın cəmi öhdəlikləri 2018-ci ilin yanvar-sentyabr ayına nisbətən 0,7% azalaraq 183 825 min manat təşkil edib.

Əlavə olaraq, bankın kredit portfeli 2018-ci ilin sentyabrın 30-na olan göstərici ilə müqayisədə 2019-cu ilin yanvar-sentyabr dövrünü ilə müqayisədə 10,1% çoxalaraq 115 456 min manata yüksəlib.(Apa)

FACEBOOK ŞƏRH YAZ