• Hadisə • Gündəm

Pirşağı yolunda ağır qəza - Ölən və yaralanan var

188
4-11-2019, 15:26

Novxanı-Pirşağı yolunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən BAKU.NEWS-a daxil olan məlumata görə, avtoqəza ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış 13:10-da daxil olub.

Hadisə nəticəsində 1 nəfər qadın hadisə yerində dünyasını dəyişib.

44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaralılara lazımi tibbi yardım göstərilir.

FACEBOOK ŞƏRH YAZ