• Dünya • Kriminal • Gündəm

Narkomanlar hamilə qadına təcavüz etdi, öldürüb evini yandırdı

218
4-11-2019, 15:01

Rusiyada - Novqorodda baş verən dəhşətli yanğının təfərrüatı qan dondurub. Aydın olub ki, mənzili 20 yaşlı hamilə qadının ölümünü gizlətmək məqsədilə yandırıblar. Cinayətkarlar yaxalanıb.

Qeyd edək ki, noyabrın 2-i baş verən hadisə haqqında qonşular yanğınsöndürənləri məlumatlandırıb. Xilasedicilərin tez gəlməsinə baxmayaraq, yanğını söndürmək çətin olub.

Mənzildən bir nəfərin cəsədi aşkarlanıb. Qonşuların sözlərinə görə, mənzildə içki düşkünü ər-arvad yaşayıb və ölən, güman ki, onlardan biridir.

Araşdırma zamanı isə məlum olub ki, mənzildəki hamilə qadın narkoman olub. Mənzildə onunla birlikdə iki narkoman oğlan da olub ki, onlar yanğın başlayan kimi hadisə yerindən qaçıblar.

İlkin məlumata görə, oğlanlar hamilə qıza təcavüz edib, onu boğub və izi itirmək üçün evi yandırıblar.

Faktla bağlı istintaq davam etdirilir.

FACEBOOK ŞƏRH YAZ