• Dünya • Elm • Gündəm

Alimlər Yer kürəsində tamamilə cansız ərazi aşkarlayıblar - FOTO

245
4-11-2019, 10:20

Paris-Syud Universitetinin alimləri Efiopiyanın Dallol vadisində hər hansı bakteriyaların mövcud olmadığını aşkarlayıblar.

BAKU.NEWS xəbər verir ki, bu barədə "Nature Ecology & Evolution" jurnalı bildirib.

Beləliklə onlar planetdə suyun mövcudluğunun həyat əlaməti olması barədə iddiaları şübhə altına qoyublar.

"Bizim tədqiqatımız sübut edir ki, Yerin səthində hətta su olduğu halda tamamilə cansız yerlər mövcuddur", - deyə alimlər jurnala bildiriblər.

Onlar aydınlaşdırıblar ki, bu vadidə suyun temperaturu müsbət 109 dərəcədir. Ərazidəki suyun tərkibində maqnezium üstünlük təşkil edir. Habelə suyun tərkibində son dərəcə turş və duzlu məhlul var. Suyun belə tərkibi bütün canlı hüceyrələri məhv edir.

Alimlər Yer kürəsində tamamilə cansız ərazi aşkarlayıblar - FOTO



FACEBOOK ŞƏRH YAZ