• Dünya • Mədəniyyət • Gündəm

Moskvadakı "Bakı" kinoteatrı sökülüb - FOTO

844
3-11-2019, 08:27

Rusiya Federasiyasının paytaxtı Moskvada uzun illər fəaliyyət göstərən "Bakı" kinoteatrı sökülüb.

BAKU.NEWS "Report"un Rusiya bürosuna istinadən xəbər verir ki, kinoteatr 1974-cü ildə tikilib və binanın arxitekturasında ənənəvi Azərbaycan üslubundan istifadə olunub.

2004-cü ildə Moskva şəhərinin keçmiş meri Yuri Lujkov tərəfindən Azərbaycan diasporuna təklif olunan kinoteatrda Rusiya azərbaycanlılarının müxtəlif tədbirləri keçirilib.

Qeyd edək ki, 2014-cü ildə auksionda "Edisonenerqo" şirkətinə satılan "Bakı" kinoteatrı 2017-ci ildə kinoteatrların yenidənqurma proqramına daxil edilib.

Moskvadakı "Bakı" kinoteatrı sökülüb - FOTO

FACEBOOK ŞƏRH YAZ