• Hadisə • Gündəm • Bölgə

Bərdədə "Amminal" partlayıcı vasitəsi partlayıb, yaralananlar var

541
2-11-2019, 21:40

Bərdə rayonunda hərbi sursat "Amminal" partlayıcı vasitəsi partlayıb.

BAKU.NEWS xəbər verir ki, "Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Arabaçılar kəndində qeydə alınıb.

Belə ki, partlayıcı vasitə olan "Amminal" ehtiyatsız davranma nəticəsində Məmmədli Məhəmməd Elgiz oğlunun əlində partlayıb. Nəticədə o və həyat yoldaşı (şəxsiyyəti müəyyənləşdirilir - red) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ