• Dünya • Turizm • Gündəm

Çernobıla gələn turistlərin sayı artıb

227
2-11-2019, 14:25

“Çernobıl” serialının yayımından sonra Ukraynanın Çernobıl bölgəsinə gələn turistlərin sayı 74,9 faiz artıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə Ukraynanın müvafiq Dövlət Agentliyi məlumat yayıb.

Rəsmi açıqlamaya görə, bu ilin 10 ayı ərzində Çernobılı 107,6 min nəfər ziyarət edib.

Turistlərin 80 faizi xarici ölkələrdən gəlib. Onların sırasında Böyük Britaniya, Polşa, Almaniya, ABŞ, Çexiya ilk yerləri tutur. Amma yerli sakinlərin də bu bölgəyə maraqları yenidən artıb, bu il 22468 ukraynalı təhlükəli zonaya səfər edib.

Agentliyin açıqlamasında qeyd olunub ki, turist səfərlərinin fantastik dərəcdə artması “Çernobıl” serialının yayımlanması, həmin əraziyə gediş üçün elektron bilet sisteminin yaradılması və əlavə marşrut xətlərinin açılması səbəb olub.

FACEBOOK ŞƏRH YAZ