• İdman • Gündəm

Azərbaycan - Ermənistan görüşü üçün heyətlər açıqlanıb

691
1-11-2019, 10:40

Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatında VIII tur qarşılaşmaları üçün heyətləri açıqlanıb.

Kişilərin mübarizəsində Ermənistanla qarşılaşmada birinci lövhədə Şəhriyar Məmmədyarov Levon Aronyanla üz-üzə gələcək.

Qadınların görüşündə isə əsas lövhədə Günay Məmmədzadə Fransa təmsilçilərindən Sofi Miyyeni sınağa çəkəcək. Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Komandalararası Avropa çempionatı, VIII tur

1 noyabr

Kişilər

Azərbaycan - Ermənistan

Şəhriyar Məmmədyarov - Levon Aronyan

Arkadi Naydiç - Qabriel Sargissyan

Qədir Hüseynov - Qrant Melkumyan

Eltac Səfərli - Arman Paşikyan

Qadınlar

Sofi Miyye - Günay Məmmədzadə

Polen Gişar - Xanım Balacayeva

Almira Skripçenko - Ülviyyə Fətəliyeva

Nataşa Benmesba - Gülnar Məmmədova

7 turdan sonra xal durumu belədir:

Kişilər: 1. Rusiya - 12, 2 - 4. Ukrayna, İngiltərə, Almaniya - 11, 5. Sloveniya - 10, 6 - 8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya - 9 xal.

Qadınlar: 1. Rusiya - 13, 2. Gürcüstan - 11, 3 - 5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan - 10, 6 - 8. Fransa, İtaliya, Türkiyə - 9 xal. (Report)

FACEBOOK ŞƏRH YAZ