• Siyasət • Dünya • Maliyyə • Gündəm

Britaniyada "Brexit" üçün kəsilən minlərlə sikkə emal ediləcək

217
29-10-2019, 20:55

Böyük Britaniya Xəzinədarlığı Birləşmiş Krallığın Avropa İttifaqından çıxışı üçün hazırlanmış xatirə sikkələrinin emalına başlayıb.

BAKU.NEWS "Qazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə BBC Birləşmiş Krallığın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Belə ki, "Brexit"in oktyabrın 31-dən sonraya təxirə salınması ilə əlaqədar 50 pens (1,09 AZN) dəyərindəki minlərlə dəmir pul əridiləcək. Maliyyə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, ölkənin Aİ-dən çıxışına həsr olunan sikkələrin buraxılışı istənilən halda baş tutacaq, lakin bu, "Brexit"in tam gerçəkləşməsindən sonra olacaq.

Məhdud sayda - 10 min ədəd olacaq xatirə sikkələrinin bir ədədi 10 funtdan (21,8 AZN) kolleksiyaçılara satılacağı planlaşdırılır.

FACEBOOK ŞƏRH YAZ