• Mədəniyyət • Gündəm

Azərbaycanlı ssenaristin filmi növbəti uğura imza atıb

911
29-10-2019, 14:11

Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. “Stalinin qaranlıq keçmişi” sənədli filmimiz son bir ildə 88-ci mükafatı qazanıb. Bu bizim uğurumuz deyil, Azərbaycanın uğurudur, Azərbaycan mədəniyyətinin uğurudur.

BAKU.NEWS xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” sənədli filmi Kanadanın“ Directors Cut Int'l” Film Festivalında yarım finalçı sertifikatına layiq görülüb.

Azərbaycanda çəkilən “Stalinin qaranlıq keçmişi” sənədli filmində “Koba” ləqəbli Stalinin Bakıda yaşadığı dövrlər lentə alınıb.

Redaktoru Əkbər Qoşalı olan sənədli filmdə mətni Xalq artisti Eldost Bayram oxuyub.

FACEBOOK ŞƏRH YAZ