• Dünya • İdman • Gündəm

Messi onu dünyanın ən yaxşı hücumçusu hesab edir

670
27-10-2019, 16:25

Argentinalı futbolçu, “Barselona”nın ulduzu Lionel Messi etiraf edib ki, braziliyalı Ronaldo ona görə ən yaxşı hücumçudur.

BAKU.NEWS bildirir ki, “TyC Sports” Messinin sözlərini çatdırıb:

“Ronaldo əsl fenomen idi. O, gördüyüm ən yaxşı hücumçu idi. O, sadəcə əsrarəngiz idi”.

Ronaldo “Kruzeyro”, PSV, “Barselona”, “İnter”, “Real Madrid”, “Milan”, “Korintians” klublarının heyətində çıxış edib. Braziliya millisinin heyətində isə o, iki dəfə (1994, 2002) dünya çempionu adı qazanıb.

FACEBOOK ŞƏRH YAZ