• Dünya • Şou-biznes • Gündəm

“Miss Yer Kürəsi – 2019” titulunu o qazandı - FOTOLAR

343
27-10-2019, 16:11

Puerto-Rikonun 21 yaşlı təmsilçisi Nellis Pimentel “Miss Yer Kürəsi – 2019” müsabiqəsinin qalibi olub. BAKU.NEWS bildirir ki, bu barədə müsabiqənin Tvitter səhifəsində məlumat verilib.

Müsabiqədə ümumilikdə 85 qız iştirak edib. Münsif heyəti “Miss Hava – 2019” tituluna amerikalı Emani Devisi, “Miss Su – 2019”a çexiyalı Klara Vavruşkovanı, “Miss Od – 2019”a isə Belarus vətəndaşı Alisa Manenoku layiq bilib.

Qeyd edək ki, BMT-nin təşkilatçılığı ilə hər il keçirilən müsabiqə ətraf mühitin problemlərinə diqqətin cəlb edilməsi məqsədi güdür.

“Miss Yer Kürəsi – 2019” titulunu o qazandı - FOTOLAR

FACEBOOK ŞƏRH YAZ