• Dünya • Texnologiya • Gündəm

Pentaqon “Microsoft”la 10 milyard dollarlıq müqavilə imzalayıb

186
26-10-2019, 09:11

ABŞ Müdafiə Nazirliyi “Microsoft” şirkətini 10 milyard dollar həcmində keçirilən tenderin qalibi elan edib.

BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında yerləşdirilib.

Qeyd olunub ki, müqavilə on il üçün nəzərdə tutulub. “Microsoft” müqaviləyə əsasən bütün işləri görəcəyi təqdirdə 10 milyard dollar qazanacaq.

Müqaviləyə əsasən “Microsoft” şirkəti məlumatların saxlanılması üçün virtual “bulud” infrastrukturu yaradacaq.

Qeyd edək ki, Amazon şirkəti də müqavilə üzrə tenderdə iştirak edib.

FACEBOOK ŞƏRH YAZ