• Siyasət • Gündəm

Allahşükür Paşazadə İran prezidenti ilə görüşüb (FOTOLAR)

254
25-10-2019, 09:21

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə iştirak etmək məqsədilə rəsmi səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşüb.

BAKU.NEWS xəbər verir ki, görüşdə Şeyxülislam İran Prezidentini salamlayaraq qeyd edib ki, tarixi və dini tellərlə bağlı olan Azərbaycan və İranın hərtərəfli, o cümlədən, dini sahədə əməkdaşlığı sülh və əmin-amanlığa, dövlətlərimizin inkişafı və xalqlarımızın rifahına xidmət edir.

Azərbaycana Respublikasına səfərindən məmnunluğunu bildirən Həsən Ruhani ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.


Allahşükür Paşazadə İran prezidenti ilə görüşüb (FOTOLAR)







FACEBOOK ŞƏRH YAZ