• Siyasət • Gündəm

Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad Azərbaycanda səfərdədir

207
24-10-2019, 22:39

Malayziyanın Baş Naziri Mahathir Bin Mohamad Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

BAKU.NEWS xəbər verir ki, Baş Nazir Mahathir Bin Mohamadı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

FACEBOOK ŞƏRH YAZ