• Siyasət • Gündəm

BMT Baş Assambleyasının prezidenti: "Güc yolu ilə dəyişdirilən sərhədləri tanımırıq"

189
24-10-2019, 17:00

BMT daim ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini müdafiə edib.

BAKU.NEWS xəbər verir ki, bu barədə Bakıda səfərdə olan BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande jurnalistlərə bildirib.

“BMT daim bütün ölkələrin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə sadiq olub. Bu prinsiplərə əsasən, beynəlxalq hüququn qurulmasına xidmət göstərmişik. BMT sərhədlərin toxunulmazlığı məsələsini fəaliyyətində daim rəhbər tutub”, - deyən BMT rəhbəri Dağlıq Qarabağ münaqişəsinə dair mövqelərini Təhlükəsizlik Şurasının 4 qətnaməsində ortaya qoyduqlarını da xatırladıb.

BMT Baş Assambleyasının prezidenti güc yolu ilə dəyişdirilən, habelə tərəflərdən birinin razılığı olmadan dəyişdirilən sərhədləri tanımadıqlarını da vurğulayıb: “Bizim fikrimizcə, bu kimi məsələləri həll edəcək mexanizm qurulmalıdır. Bizim də məqsədimiz belə bir mexanizmi tam dəstəkləməkdir. Danışıqların davam edəcəyinə və bu münaqişənin sülh yolu ilə həll olunacağına çox ümidvarıq”.

FACEBOOK ŞƏRH YAZ