• Elm • Gündəm

Akif Əlizadə istefası ilə bağlı açıqlama verdi

23-10-2019, 10:04

"İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: "Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı olacaq və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq".

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.(APA)

FACEBOOK ŞƏRH YAZ