• Siyasət • Gündəm

Deputat: Məktəblərin ətrafında uşaqlara siqaret, araq satılır

7 200
22-10-2019, 14:22

"Uşaqların, gənclərin qumar oyunlarından qorunması istiqamətində cəmiyyət bizdən dəstək gözləyir”.

BAKU.NEWS-un məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Qənirə Paşayeva bildirib.

Onun sözlərinə görə, qumar oyunlarına artan meyllə bağlı həyəcan siqnalı verilməlidir: “Uşaqları tütün məhsullarının təsirindən qorunması ilə bağıl qanun qəbul etmişik. Amma məktəblərin ətrafında uşaqlara siqaret, araq satılır. Eyni zamanda, enerji içkiləri telekanallarda reklam olunur. Qanunların icrasına diqqət yetirməliyik”.

FACEBOOK ŞƏRH YAZ