• İqtisadiyyat • Gündəm

Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib (FOTOLAR)

6 900
22-10-2019, 13:23

Yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib.

Bu barədə BAKU.NEWS-a BNA-dan məlumat verilib.

 Sarı kəsişmə toru təşkil edilib;
 Nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib;
 Yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.

Həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcəkdir.

Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır


Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib (FOTOLAR)







FACEBOOK ŞƏRH YAZ