• Dünya • Texnologiya • Gündəm

"Poçtalyon" dronlar işə başladı: ilk çatdırılmalar olub - VİDEO

6 752
22-10-2019, 00:23

"Alphabet" holdinqinin tərkibinə daxil olan "Wing" şirkəti pilotsuz təyyarələrin köməyi ilə bağlamaları birbaşa evlərə çatdırmağa başlayıb; layihədə, həmçinin "FedEx Express" və "Walgreens" şirkətləri iştirak edirlər. İndi Virciniya ştatında Krisçenberq şəhərinin sakinləri yemək, şirniyyat və dərmanları birbaşa evə sifariş edə biləcəklər.

BAKU.NEWS xəbər verir ki, "ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "Wing" şirkəti yemək və dərmanlardan başqa elektronika cihazlarının evlərə çatdırılmasına çox böyük önəm verir.

"Wing" şirkətinin nümayəndələri əmindirlər ki, bağlamaların çatdırılması xidmətinin istifadəyə verilməsindən sonra bir çox şirkətlər dronların köməyi ilə kiçik yüklərin çatdırılması şəbəkəsinin inkişafında maraqlı olacaqlar.

FACEBOOK ŞƏRH YAZ