• Mədəniyyət • Sosial • Gündəm

Əjdər İbrahimovun 100 illik yubileyi keçiriləcək

6 901
21-10-2019, 23:25

Azərbaycan kinosunun inkişafında böyük xidməti olan Xalq artisti, görkəmli kinorejissor Əjdər İbrahimovun bu il 100 illik yubileyi qeyd olunur.

BAKU.NEWS xəbər verir ki, özünəməxsus yaradıcılıq üslubu ilə kinosalnaməmizi zənginləşdirən, müəllif kinosunun bünövrəsini qoyan, çəkdiyi hər bir ekran əsəri kinosevərlər üçün məktəbə çevrilən, minlərlə tamaşaçı zövqünü formalaşdıran görkəmli kino xadiminin yaradıcılıq filmoqrafiyasını 10-dan artıq film təşkil edir. Görkəmli kinorejissor Əjdər İbrahimovun anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xatirə gecəsi oktyabrın 29-da Nizami Kino Mərkəzində keçiriləcəkdir.

FACEBOOK ŞƏRH YAZ