• Mədəniyyət • Sosial • Gündəm

Oxucular Bakıda kitab mağazası açdılar – İlk dəfə

6 776
21-10-2019, 23:19

Bakıda yeni kitab mağazası açılıb.

BAKU.NEWS xəbər verir ki, ilk dəfə oxucuların köməyi ilə açılan kitab dükanın adı “Kitabıstan”dır.

Xatırladaq ki, sosial şəbəkələrdə bir qrup gənc “Kitabıstan mağazası açaq” adı altında ianə kampaniyasına başlamışdı. Toplanan məbləğ kitab dükanı açmağa yetərli olub.

“Kitabıstan” mağazasında bir çox yeniliklərə də imza atılıb: kitabların qiyməti bazar qiymətindən aşağı olacaq, gənc yazıçıların kitablarından faiz alınmayacaq.

Kitab mağazası 28 may metrostansiyasının yaxınlığında (Heydər Əliyev adına Respublika sarayının arxasındakı keçid) yerləşir.

FACEBOOK ŞƏRH YAZ