• Cəmiyyət • Hadisə • Gündəm

Masazır su anbarında faciə - Elektrik cərəyanı montyoru vurub öldürdü

6 109
21-10-2019, 22:41

Abşeron rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.

BAKU.NEWS xəbər verir ki, Trend-in məlumatına görə, hadisə Abşeron rayonunun Masazır qəsəbəsindəki Masazır - 82 su anbarında baş verib.

Abşeron rayonunun Mehdiabad qəsəbə sakini, 1994-cü il təvəllüdlü Yusifov Cahil Namiq oğlu işlədiyi su anbarında izoliyasiya işləri apararkən, kustar üsulla hazırlanmış, üzərinə projektor quraşdırılmış işıq dirəyinin yerini dəyişərkən onu elektrik cərəyanı vurub. C.Yusifov hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb.

FACEBOOK ŞƏRH YAZ