• Dünya • Turizm • Hadisə • Gündəm

KİV: ABŞ-a məxsus sərnişin təyyarəsi təcili eniş edib

6 463
21-10-2019, 21:03

“American Airlines”ə məxsus London – Filadelfiya uçuşunu həyata keçirən “Airbus A330” təyyarəsi salonda kimyəvi maddə sızıntısı səbəbindən Dublin beynəlxalq hava limanına təcili eniş etməli olub.

BAKU.NEWS “Daily Mirror”a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Təmizləyici maddə olduğu ehtimal edilən maddənin sızıntısı salondakı bəzi sərnişinlərin halının pisləşməsinə səbəb olub.

Uçuş heyətinin iki üzvü və sərnişinlərdən biri huşunu itirib və onlar xəstəxanaya aparılıb.

FACEBOOK ŞƏRH YAZ