• Siyasət • Gündəm

Əli Əhmədov: “Mitinq cəhdi daxili sabitliyi pozmağa yönəlik müxalif partiyaların mövcud olduğunu göstərir”

7 089
21-10-2019, 13:06

“Bəzi müxalifət qüvvələrin qanunsuz mitinqə cəhd etmələri ilə bağlı fikir mübadiləsi aparmağa ehtiyac var”.

BAKU.NEWS-un xəbərinə görə, bunu Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi hakim partiya da ölkədə sabitliyin və əmin-amanlığın pozulmasına yönəldilmiş qanunsuz aksiyaların keçirilməsinə sərt və ədalətli münasibətini bildirməlidir.

“Azərbaycanda hər hansı müxalifət partiyası tərəfindən aksiyaların keçirilməsi nə YAP, nə də ölkə iqtidarı üçün narahatlıq və nigaranlıq mənbəyidir və ola bilməz. Amma narahatlıq yaradan bəzi məqamlar var ki, cəmiyyətə bu barədə fikirlərini çatdırılmasına ehtiyac var. Qanunsuz aksiyanın ölkə başçısının oktyabr ayının əvvəlində bir neçə səfərində və 9 aylıq iqtisadi inkişafla bağlı keçirilən müşavirədə səsləndirdiyi fikirlərdən bir neçə gün sonra təşkil edilməsi heç də təsadüfi deyil. Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıb”, - deyə o əlavə edib.

FACEBOOK ŞƏRH YAZ