• Cəmiyyət • Kriminal • Gündəm

Arvadı ilə qayınanasını qətlə yetirərək yandırdı - Bakıda dəhşət - FOTO

11 072
17-10-2019, 01:27

Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

BAKU.NEWS APA-ya istinadən xəbər verir ki, hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.

Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb.

Hər iki şəxs hadisə yerində ölüb.

Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.

Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Arvadı ilə qayınanasını qətlə yetirərək yandırdı - Bakıda dəhşət - FOTO


FACEBOOK ŞƏRH YAZ