• Cəmiyyət • Hadisə • Gündəm • Bölgə

Biləsuvar sakini ehtiyatsızlıqdan anasını traktorla vuraraq öldürüb

17 717
12-10-2019, 17:56

Biləsuvar rayonunda bədbəxt hadisə ölümə səbəb olub.

BAKU.NEWS xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Səmədabad kəndində baş verib.

Belə ki, kənd sakini 26 yaşlı Fəqan Məmmədov traktorla həyətlərində anası, 60 yaşlı Umnisə Məmmədovanı vuraraq öldürüb.

Məlumata görə, bundan sonra F.Məmmədov intihara cəhd edib, lakin yaxınları tərəfindən intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ