• Dünya • Mədəniyyət • Şou-biznes • Gündəm

Şimpanzenin çəkdiyi rəsimlər sərgiyə çıxarılır

14 485
11-10-2019, 23:31

Londondakı "The Mayor Gallery" qalereyasında qeyri-adı sərgi təşkil ediləcək.

BAKU.NEWS Artnet istinadən xəbər verir ki, Konqo adlı şimpanzenin çəkdiyi rəsmlər sərgidə satılacaq.

Şimpanzenin çəkdiyi rəsimlər sərgiyə çıxarılır

Qalereyada 1800-7400 dollar məbləğində olan 55 rəsm nümayiş etdiriləcək. Onlar rəssam-zooloq Desmond Morrisə məxsusdur. Məhz o, 1956-cı ildə meymunların bədii qabiliyyətlərini tədqiq edərək Konqoya qələm tutmaq öyrətmişdi.

Şimpanze üç il ərzində 400-dən çox rəsm çəkib. Meymun 1964-cü ildə vərəm xəstəliyindən ölüb.

FACEBOOK ŞƏRH YAZ