• İdman • Gündəm

Millimiz üçüncü dəfə Bəhreyni məğlub etdi - YENİLƏNİB

10 441
9-10-2019, 19:28


Futbol millimiz Macarıstanla seçmə mərhələ oyunu öncəsi Bəhreynlə səfərdə keçirdiyi qarşılaşmada 3:2 hesabı ilə qələbə qazanıb.

BAKU.NEWS xəbər verir ki, bununla da yığmamız tarixində üçüncü dəfə qarşılaşdığı ərəbləri yenə məğlub edib.

Qeyd edək ki, daha əvvəl millimiz bu rəqibini fərqli vaxtlarda 3:0 və 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

22:03

67-ci dəqiqədə Bəhreyn hesabı bərabərləşdirsə də, 70-ci dəqiqədə Ramil Şeydayev yenidən millimizi önə keçirir - 3:2.

21:53

62-ci dəqiqədə Təmkin Xəlilzadə millimizi hesabda önə çıxardı - 2:1.


21:14

Millimiz hücumçumuz Rüfət Dadaşovla 40-cı dəqiqədə hesabı bərabərləşdirdi - 1:1.

21:05

Bəhreyn millimizə qol vurub. 31-ci dəqiqədə Əbdülvahab Rəhman fərqlənib.

20:12

Bu gün Bakı vaxtı ilə saat 20:30-da başlayacaq Bəhreyn - Azərbaycan oyunu üçün heyətlər açıqlanıb.

BAKU.NEWS xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq:

Bəhreyn: 21. Səid Məhəmməd Cəfər (k), 3. Valid Məhəmməd, 5. Əhməd Mübarək, 6. Məhəmməd Yusif, 8. Əli Cəfər, 10. Əbdülvahab Rəhman, 11. İsmayıl Əbdüllətif, 17. Abdulla Xalid, 22. Məhəmməd Adil, 25. Mehdi Feysəl, 26. Məhəmməd Əbdülvahab

Ehtiyat oyunçular: 1. Səid Şubbar, 12. Həməd Məhəmməd, 2. Səid Mehdi, 4. Səid Ziya, 7. İsa Musa, 9. Abdulla Yusif, 13. Məhəmməd Səəd, 14. Əli Abdulla, 15. Casim Əhməd, 16. Səid Rza, 18. Əhməd Abdulla, 19. Komail Həsən, 30. Əhməd Nabil

Azərbaycan: 12. Emil Balayev, 5. Abbas Hüseynov, 4. Bəhlul Mustafazadə, 6. Bədəvi Hüseynov (k), 3. Şəhriyar Rəhimov, 20. Rişard Almeyda, 13. Eddi İsrafilov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 9. Ağabala Ramazanov, 16. Rüfət Dadaşov

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 10. Namiq Ələsgərov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 19. Təmkin Xəlilzadə, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov

Matçın baş hakimi omanlı Əhməd Əbubəkr Əl-Kaf olacaq.

FACEBOOK ŞƏRH YAZ