• Gündəm • Cəmiyyət • Hadisə

Bakıda polislər yol qəzasında xəsarət aldı

9 773
8-10-2019, 11:35

Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşları xəsarət alıb.

BAKU.NEWS xəbər verir ki, bununla bağlı Oxu.Az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 7-si saat 08:30-da Qala qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Vüsal Şükürovun idarə etdiyi “Mercedes” markalı avtomobil Pirallahı Rayon Polis İdarəsinin əməkdaşı, 1989-cu il təvəllüdlü polis serjantı Elton Məmmədovun sürdüyü “Hyundai”la toqquşub.

Hadisə zamanı “Hyundai” markalı avtomobildə Pirallahı Rayon Polis İdarəsinin operatoru, 1989-cu il təvəllüdlü Natiq Ələsgərov da olub.

Qəza nəticəsində polis əməkdaşları xəsarət alaraq, DİN-in hospitalına yerləşdirilib. Onlara kəllə-beyin travması və burunun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalar aparılır.

FACEBOOK ŞƏRH YAZ