• Gündəm • Dünya • Hadisə

Yaponiyada 70 mindən çox insan günvurmadan xəstəxanalara yerləşdirilib

9 583
8-10-2019, 10:49

Yaponiyada cari ilin may ayının ilk həftəsindən oktyabr ayının ilk həftəsinə qədər günvurma nəticəsində 71 452 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 126 nəfəri ölüb.

BAKU.NEWS RİA "Novosti" istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyinə Yaponiya Baş Yanğınsöndürmə İdarəsi məlumat verib.

Bildirilib ki, bu, ötən ilin tarixi rekordundan sonra ikinci ən böyük göstəricidir.

Belə ki, ötən il güclü istilər və rekord səviyyədə yüksək temperatur nəticəsində 95 min insan xəstəxanalara yerləşdirilmişdi.

FACEBOOK ŞƏRH YAZ