• Gündəm • Cəmiyyət • Kriminal • Hadisə

Bakıda Böyük Britaniya vətəndaşı ürək nahiyəsindən bıçaqlanıb

11 800
6-10-2019, 02:19

Bakıda bıçaqlanma hadisəsi olub.

BAKU.NEWS “Report” a istinadən xəbər verir ki, hadisə Sabail rayonu, Yusif Məmmədəliyev küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yerləşən "Feniks" barda 1979-cu il təvəllüdlü Böyük Britaniya vətəndaşı Pol Hevist tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zəmnində o, qarşı tərəfdən bıçaq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Ona, sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.


Bakıda Böyük Britaniya vətəndaşı ürək nahiyəsindən bıçaqlanıb


FACEBOOK ŞƏRH YAZ