• Gündəm • Kriminal

Paytaxt sakini evinin qarşısında bıçaqlandı

13 024
5-10-2019, 23:01

Bakıda bıçaqlanma hadisəsi baş verib.

BAKU.NEWS xəbər verir ki, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsində qeydə alınıb. Belə ki, bu ünvanda yaşayan 1988-ci il təvəllüdlü Səfərov Samir Dağlar oğlu tanıdığı şəxs tərəfindən evinin qarşısında bıçaqlanıb.

O, sol dirsəyinin kəsilmiş-deşilmiş yarası ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ