• Gündəm • Hadisə

"28" may metrosunda bıçaqlanma

13 755
5-10-2019, 21:05

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.NEWS xəbər verir ki, hadisə Bakı metrosunun "28 may" stansiyasının içində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Şükürov Həzrətəli Abıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın və boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ