• Gündəm • İdman

"Qarabağ" "Sabah"a qalib gəldi - Yenilənir

24 185
6-10-2019, 22:27

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulacaq.

BAKU.NEWS xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

Günün ilk matçında "Qəbələ" "Zirə"nin qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Digər oyunda isə lider "Qarabağ" "Sabah"ı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Bununla da, Ağdam klubu ölkə çempionatında ardıcıl 7-ci qələbəsini qazanıb.

6 oktyabr (bazar)

20:30. “Qarabağ” – “Sabah”2-0
Qol: Qeye, 17, Abbas Hüseynov, 51
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Elşad Abdullayev, Namiq Bəkirov
Tofiq Bəhramov adına Respublika Stadionu



18:00. “Zirə” – “Qəbələ” - 1:1
Qollar: Ülvi İsgəndərov, 64 (0:1), İlkin Muradov, 67 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu




5 oktyabr (şənbə)

“Neftçi” – “Səbail” - 2:1

“Sumqayıt” – “Keşlə” - 0:0

FACEBOOK ŞƏRH YAZ