• Hadisə • Gündəm

Bakıda iki avtomobil toqquşub

14 100
4-10-2019, 22:56

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

BAKU.NEWS xəbər verir ki, hadisə Xətai rayonu, Babək prospektində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil arxadan işıqforun qırmızı işığında dayanan "Opel Astra" markalı avtomobilə çırpılıb. Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Hadisə yerinə DYP əməkdaşları gəlib.

FACEBOOK ŞƏRH YAZ