• Gündəm • Turizm

Azərbaycanın Gürcüstanda turizm nümayəndəliyi açılıb - FOTO

9 341
4-10-2019, 18:57

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın turizm nümayəndəliyi açılıb.

BAKU.NEWS “Report”a istinad edərək xəbər verir ki, nümayəndəlik mərkəzi Rustaveli prospekti 16 ünvanında “Azerbaijan. Travel showroom” adı altında fəaliyyət göstərəcək.

Nümayəndəlik həftənin hər günü saat 10:00-dan 22:00-a qədər ziyarətçiləri qəbul edəcək.

Açılış mərasimində Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid,Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili, azərbaycanlı iş adamları və digər şəxslər iştirak ediblər.

Nümayəndəliyin əsas fəaliyyət istiqaməti Azərbaycanın turizm imkanlarını Gürcüstan sakinləri və ölkəyə səfər edən əcnəbi ziyarətçilər arasında təbliğ etməkdən ibarət olacaq.

Azərbaycanın Gürcüstanda turizm nümayəndəliyi açılıb - FOTO

FACEBOOK ŞƏRH YAZ