• Dünya • Hadisə • Gündəm

Fındıq yedi, tonqal qaladı, sağ qaldı

7 741
4-10-2019, 17:25

Rusiyanın Tuva vilayətində beş gündür Tayqada itkin düşən oğlanı tapıblar. Kızıl xəstəxanasına yerləşdirilən uşaq tükənmiş və donvurmadan əziyyət çəkmiş halda tapılıb.

BAKU.NEWS xəbər verir ki, uşağın axtarışına 150 nəfər və onu evdən beş kilometr aralıda tapan kinoloqlar cəlb olunub. Qohumlarının dediyinə görə, oğlan onlarla birgə qoz-fındıq toplayırmış. Sonra evə getmək üçün uzaqlaşıb və yolunu itirib.

Tayqada bu müddət ərzində tək qalan uşaq -10 dərəcə temperatur və 10 sm qarla mübarizə aparmalı olub.

Bu müddət ərzində uşaq qoz-fındıq və giləmeyvə yeyib, tonqal qalayaraq sağ qalmağı bacarıb. Deyilənə görə, uşaq balaca vaxtından hər zaman atası ilə Tayqaya getdiyindən meşəyə bələd olub.

Hazırda həkimlər onun vəziyyətini stabil olaraq dəyərləndirir. Uşağa aşağı ətrafların donması diaqnozu qoyulub. Hazırda ona həm də psixoloji dəstək göstərilir. O reanimasiyadadır.

FACEBOOK ŞƏRH YAZ