• Cəmiyyət • Sosial • Gündəm

Təşkilat sədri: "Azərbaycan dövləti Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərir"

2 322
4-10-2019, 15:18

“Tam məsuliyyətlə deyirəm ki, Azərbaycan dövləti Qarabağ qazilərinə xüsusi diqqət və qayğı göstərir. Onların övladları təhsil haqqlarından azad edilir”.

BAKU.NEWS xəbər verir ki, bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Qarabağ qazilərinin keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, dövlət tərəfindən şəhid ailələri, Qarabağ və Çernobıl əlillərinə göstərilən xüsusi diqqət göz önündədir: “Sizlər Azərbaycanın qızıl fonduna daxil olubsunuz. Çünki Vətəni qorumaq ən şərəfli işdir. Amma biz bilirik ki, dövlətimizi istəməyən qüvvələr var və onlar çirkin əməllərini həyata keçirməyə çalışırlar. Azərbaycan dövləti qaziləri, onlar da dövləti dəstəkləyir. Anlaşılmayan bütün məsələlər də aradan qaldırılacaq”.

FACEBOOK ŞƏRH YAZ