• Gündəm • Dünya • İdman

“Düdelanj” “Qarabağ”dan üzr istədi

2 318
4-10-2019, 12:12

Lyuksemburqun “Düdelanj” klubu Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”la dünən axşamkı oyunda baş vermiş erməni təxribatına görə komandamızdan üzr istəyib.

BAKU.NEWS xəbər verir ki, klubun rəsmi Tvitter hesabında üzrxahlıq edilərək bunlar yazılıb: “Azərbaycanlı qonaqlardan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Araşdıracağıq”.

Xatırladaq ki, matçın 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüşdə bir neçə dəqiqə fasilə yaranıb.

FACEBOOK ŞƏRH YAZ