• İqtisadiyyat • Gündəm

Komitə sədri: GMO məhsulların Azərbaycana gətirilməsi qadağandır

5 353
3-10-2019, 22:57

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanda səfərdə olan BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver ilə görüşüb.

BAKU.NEWS-un xəbərinə görə, E.İbrahimov bildirib ki, Azərbaycana genetik modifikasiya olunmuş (GMO) məhsulların idxalı qadağan edilib.

“Azərbaycanda yalnız ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edilir”, - deyə E.İbrahimov bildirib.

BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver qeyd edib ki, Azərbaycanın neft və qaz sahəsindən sonra kənd təsərrüfatının inkişaf etdirilməsini qarşıya məqsəd qoyması sevindirici haldır.

FACEBOOK ŞƏRH YAZ