• Gündəm • Şou-Biznes

“Maşın” daha bir iştirakçı üçün əldən getdi - YENİLƏNİB

5 634
4-10-2019, 00:34

Səslərin nəticələrini açıqlamaq üçün şounun aparıcısı, Xalq artisti Murad Dadaşov müğənni Fuad Musayevi tribunaya dəvət edib.

Tamaşaçıların göndərdiyi səslər Fuad Musayevin dadına yetməyib. Onun getməsinə 83,08 % səs gəlib.

Beləliklə, Murad Dadaşov Fuad Musayevi “Maşın əldən getdi” ifadəsi ilə evə yola salıb.

Ayan Babakişiyevə isə oyunda qalaraq, şouda öz iştirakını davam etdir.


2019-10-03 22:37:38


MGP-nin təşkilatçılığı ilə ərsəyə gələn “Maşın” realiti şounun “Maskarad” adlı sürətinin ikinci oyun günü başlayıb.

BAKU.NEWS xəbər verir ki, 17 məşhurun yer aldığı şouda daha bir qızğın və mübarizə dolu gecəyə start verilib. Bu dəfə isə 9 məşhur Fuad Musayevi səsverməyə çıxarıblar. Fuad tribunaya çıxaraq deyib:

“Burada bu gündən etibarən kişi-qadın məsələsi yığışdırılır. Yəni şounu bu gün ya bəy, ya da ki xanım iştirakçı tərk edəcək. Mən açıq oyun oynamaq istəyirəm, hədəfim də Ayan Babakişiyevadır. Ayan qruplaşmanın başında durur”.

Babakişiyeva isə Musayevin ona qarşı irəli sürdüyü ittihamları bu cür cavablandırıb : "Ağlıma da gəlməzdi ki, bu gün mənim adım çəkiləcək. Düşünürdüm ki, onun üçün ən son pillədə ola bilərəm. O ki qaldı qruplaşmağa, burada qruplaşmanın başında Aqşin Fateh durur, mən yox".

Bununla bərabər, Musayev öz çıxışında bir neçə gün öncə evini qarət edərək ona 18 min manat ziyan vuran qonşu qızı yada salaraq bildirib:

“Onun anasının göz yaşlarına görə, mən həmin qızı bağlayıram”.

Nəzərizə çatdıraq ki, Fuad Musayev o məşhurlardandır ki, “Maşın” şouda ilk dəfə oyunçu qismində iştirak edir.

FACEBOOK ŞƏRH YAZ