• İdman • Gündəm

"Qarabağ" rəsmisi ECA-da yüksək vəzifəyə seçilib

4 604
3-10-2019, 00:00

"Qarabağ"ın baş meneceri Asif Əsgərov yenidən Avropa Klublar Assosiasiyasının (ECA) İşçi Qrupunun katibi seçilib.

BAKU.NEWS Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Əsgərov İtaliya "Milan"ının prezidenti İvan Qazidisin rəhbərlik etdiyi qrupda 4 il xidmət göstərəcək.

O, qrupda İngiltərənin "Tottenhem" və "Arsenal", Hollandiyanın "Ayaks", Avstriyanın "Zaltsburq", İtaliyanın "Yuventus", İspaniyanın "Barselona" və Almaniyanın "Borussiya" (Dortmund) rəsmiləriylə birlikdə yer alıb.

Qeyd edək ki, Asif Əsgərov iki il İşçi Qrupunun üzvü olub və bu hal Azərbaycan futbol tarixində ilk və yeganədir.

FACEBOOK ŞƏRH YAZ