• Gündəm • Şou-Biznes

Şouda ilk gün başa çatdı: Maşın əldən getdi! – YENİLƏNİB

4 982
3-10-2019, 00:24

“Maşın” realiti şousunun birinci günü qızğın mübarizə ilə yadda qalıb.

“Maskarad”ın sonunda Xalq artisti, verlişin aparıcısı Murad Dadaşov Aşıq Namiq Fərhadoğlunu tribunaya çağırıb.

Namiq 69/41 % səs çoxluğu ilə oyunda qalaraq, müğənni Kərim Abbasovu şoudan uzaqlaşdırmağa nail olub.

Beləliklə, “Maşın”ın ilk efir günündə Kərim Murad Dadaşovdan “Maşın əldən getdi” sözünü duyaraq, şou ilə vidalaşıb.


3 oktyabr, 23:56


“Maşın”da növbəti qalmaqal yaşanıb.

Belə ki, Faytonçu ləqəbi ilə məşhurlaşan müğənni Nazim Pişiyarı həmkarı Kərim Abbasov haqqında etdiyi açıqlamalardan sonra onunla sözləşib.

Nazimin “Məndən soruşanda ki, oyunda bu gün kim qurban olsun, mən dedim Kərim Abbasov” sözündən sonra Kərim qəzəblənib.

Onun cavabı isə belə olub: “Bilməzdim ki, Nazim Pişiyarı bu qədər çürükçüdür. Mənim ailəm, qohum-əqrabam belə yığışsa, oyundan getməyimi istəyən adamların səs istəməsinə səsim çatmaz və oyunu tərk edərəm. Odur ki, mən eldən səs istəyirəm. Aşıq Namiqin oyundan “getməsinə" səs verin”.



23:10


“Maşın” şounun aparıcısı Murad Dadaşov tamaşaçılara günorta saatlarında oyunda baş verənləri süjet şəklində təqdim edib.

Kadrlarda müğənni Aysun İsmayılova ilə aşıq Namiq Fərhadoğlu arasında söz davası əks olunub.

Əvvəlcə Aysuna “O qədər qışqırdın ki, bax gör necə tərlədim”, - deyən Namiq, sonra “Eybi yox, əgər oyunda qalsam səni oyundan kənarlaşdıracam”, - deyə cavab verib.

Daha sonra canlı efirdə aşıq Namiq xanım iştirakçılara toxunmayacağını, yəni şouda qalacağı təqdirdə oyundan onları kənarlaşdırmayacağını bildirib.

Daha sonra Namiq nəhayət, qərara qələrək şouda rəqibinin kimliyini açıqlayıb. Fərhadoğlu oyunda səs toplayıb qalacağı təqdirdə müğənni Kərim Abbasovu uzaqlaşdıracağını bildirərək, tamaşaçılardan səs istəyib.

Beləliklə “Maşın”ın ilk həyacan dolu efirində Aşıq Namiq Fərhadoğlu ilə Kərim Abbasov duelə çıxıb, avtomobil uğrunda mübarizəyə start veriblər.

Şouda bu gecə kimin qalib, kimin məğlub olacağını isə tamaşaçılar səs verərək bəlli edəcəklər.

FACEBOOK ŞƏRH YAZ