• İdman • Gündəm

Qurban Qurbanov: "Əlimizdəki futbolçularla ən yaxşısını etməyə çalışacağıq"

5 200
2-10-2019, 21:53

"Oyuna yaxşı hazırlaşmışıq. İlk oyunda APOEL-lə qarşılaşmada rəqib öz gücünü göstərib".

BAKU.NEWS-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda "Düdelanj"la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin II tur matçından əvvəl mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis zədəli futbolçuları barədə düşünmədiklərini bildirib: "Əlimizdəki futbolçularla ən yaxşısını etməyə çalışacağıq".

Qurbanov sabahkı oyunun nəticəsinin turnir cədvəli üçün həlledici olmadığını vurğulayıb: "Bəzən son oyunlarda istədiyimiz nəticəni qazanmışıq, bəzən isə əldən vermişik. Qarşıda hələ 4 oyunumuz var. Müasir futbolda çox şey dəyişib, bütün komandalar bir-birini məğlub edə bilər. "Düdelanj" da bu matçın autsayderi deyil, biz məsələyə bu aspektdən baxmırıq".

Qeyd edək ki, oktyabrın 3-də Lüksemburqdakı "Jozi Bartel" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

FACEBOOK ŞƏRH YAZ