• İdman • Gündəm

Teymur Rəcəbov: "Bəlkə, hər şey sabah başa çatacaq"

5 817
2-10-2019, 19:51

"Son oyuna qədər məndə hər şey psixoloji cəhətdən hazır idi. Ola bilsin ki, rəqibim üçün elə də asan olmadı".

BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kuboku finalının üçüncü görüşündə çinli rəqibi Dinq Lireni məğlub edən Teymur Rəcəbov deyib.

32 yaşlı qrossmeyster qarşılaşmada bütün şanslardan istifadə etdiyini bildirib. Rəcəbov "dueldə "tay-breyk" olacaqmı" sualına belə cavab verib: "Hər şey mümkündür, "tay-breyk" ola da bilər. Bəlkə, hər şey sabah başa çatacaq".

Qeyd edək ki, Teymur Rəcəbov və Dinq Liren duelində hesab bərabərdir - 1,5:1,5. Finalçılar oktyabrın 3-də sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də "tay-breyk" olacaq. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

FACEBOOK ŞƏRH YAZ