• Dünya • İqtisadiyyat • Gündəm

Vahid Ələkbərov: "Hazırda dünya bazarında neft qıtlığı yoxdur"

6 250
2-10-2019, 17:46

Səudiyyə Ərəbistanının neft sənayesinə edilən hücumlardan sonra dünya bazarında "qara qızıl" çatışmazlığı yoxdur.

BAKU.NEWS-un Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə "LUKoil" şirkətinin rəhbəri Vahid Ələkbərov "Rusiya energetika həftəsi" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda müxtəlif ölkələrdə olan neft ehtiyatları olduqca yüksəkdir, buna görə qiymət dərhal bərpa olunur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti olan "Saudi Aramco"nun iki ən böyük müəssisəsinə sentyabrın 14-nə keçən gecə dronlarla hücum olub. Hücuma görə məsuliyyəti yəmənli qiyamçılar - husilər öz üzərinə götürüb. Zərbələrin yaratdığı partlayışlar və yanğınlar nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatı gündəlik 9,8 milyon bareldən 5,7 milyon barelə qədər azalıb. Səudiyyə Ərəbistanı itirilmiş istehsal gücünün tam həcmini (gündəlik 12 milyon barelə qədər) noyabr ayının sonuna qədər bərpa etməyi planlaşdırır.

FACEBOOK ŞƏRH YAZ