• İdman • Gündəm

Yeniyetmə taekvondoçularımız Avropa çempionatına uğurlu başladı

5 683
1-10-2019, 19:49

Bu gün İspaniyanın Marona Dor şəhərində yeniyetmələr arasında təşkil edilən Avropa birinciliyinə start verilib.

BAKU.NEWS xəbər verir ki, yarışda iştirak edən komandamızın altı üzvü mübarizəyə qatılıb.

Artıq qitə birinciliyində uğurlu çıxış edən millimizin üzvlərindən üçü medala sahib olub. Belə ki, 29 kq çəki dərəcəsində yarışa qatılan Zemfira Həsənzadə və Pünhan Mürsəlov (-41 kq) artıq finala, Şamil Mirzəyev (-33 kq) isə yarımfinala vəsiqəni təmin edib.

Digər idmançılarımızdan Fatimə Həsənova (-37 kq), Nihat Məmmədzadə (-37 kq) və Kənan Əmiraslanov (-45 kq) yarışı müxtəlif mərhələlərdən dayandırmalı olublar.

FACEBOOK ŞƏRH YAZ