• Gündəm • Dünya • Turizm

Bakı oktyabrda istirahət üçün ən uyğun şəhərlərin reytinqinə daxil olub - TOP-15

5 984
1-10-2019, 17:33

"OneTwoTrip" səyahətlərin planlanması üzrə onlayn xidmətinin ekspertləri bu ilin oktyabr ayında istirahət üçün ən uyğun şəhərlərin reytinqini tərtib edib.

BAKU.NEWS-un "OneTwoTrip" xidmətinə istinadən verdiyi məlumata görə, reytinq tərtib olunarkən mütəxəssislər hər bir şəhərdə oktyabr ayında günəşli günlərin sayı nəzərə alınıb. Siyahının ilk pilləsində Dubay (BƏƏ) qərarlaşıb. Onun ardınca reytinqdə Eylat (İsrail), Protaras (Kipr), Əmman (İordaniya) və Cerba (Tunis) yer alıb.

Azərbaycanın paytaxtı Bakı şəhəri reytinqin 14-cü pilləsinə layiq görülüb. Ekspertlərin hesablamalarına görə, oktyabrda Bakıda orta hesabla 16 günəşli gün müşahidə olunur.

Qeyd edək ki, reytinqi İstanbul şəhəri tamamlayır.

Oktyabrda istirahət üçün ən uyğun şəhərlərin reytinqi:

#
Şəhər Oktyabrda günəşli günlərin sayı

1 Dubay, BƏƏ 31

2 Eylat, İsrail 30

3 Protaras, Kipr 29

4 Əmman, İordaniya 29

5 Cerba, Tunis 25

6 Nitsa, Fransa 24

7 Dubrovnik, Xorvatiya 23

8 Valensiya, İspaniya 22

9 Valletta, Malta 22

10 Afina, Yunanıstan 21

11 Neapol, İtaliya 20

12 Belqrad, Serbiya 19

13 Varna, Bolqarıstan 17

14 Bakı, Azərbaycan 16

15 İstanbul, Türkiyə 15

FACEBOOK ŞƏRH YAZ